Müxtəlif ölkələrdə Qəzzə xəstəxanasına hücumu pisləmək üçün kütləvi etirazlar keçirilir
Region və dünyanın bir sıra ölkələrində müsəlmanlar gecə saatlarında ayağa qalxaraq, sionist rejimin Qəzzə zolağındakı Əl-Məmədani xəstəxanasına hücumunu pisləyiblər.
"FARS" xəbər agentliyinin məlumatına görə, 500-dən çox fələstinlinin şəhadəti ilə nəticələnənə sionist işğalçıların Qəzzə zolağındakı Əl-Məmədani xəstəxanasına cinayətkar hücumu bütün dünyada müsəlmanların gecə saatlarında ayağa qalxmasına səbəb oldu.
Türkiyənin İstanbul şəhərində minlərlə türk vətəndaşı sionist rejimin konsulluğu qarşısında nümayiş keçirərək, fələstinlilərin qətliamına öz qəzəblərini ifadə ediblər.
İordaniyada xəstəxana qətliamını pisləmək üçün qəzəbli nümayiş keçirilib və bu ölkə xalqı sionist rejimin Əmmandakı səfirliyi qarşısına toplaşaraq, bu məkanı yandırmağa cəhd ediblər ki, polis və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə nümayiş zorakılığa çevrilib.
Həmçinin İordaniyanın "İrbid" şəhərində böyük bir ikütlə sionistlərin sözügedən xəstəxanaya hücumunu pisləyərək, ölkənin işğal olunmuş Fələstinlə sərhədlərinin açılmasını tələb ediblər.
Bağdadda sionistlərin xəstəxanaya hücum etməklə törətdikləri iyrənc cinayətdən qəzəblənən çoxlu sayda iraqlı Ət-Təhrir meydanına toplaşıb, daha sonra Yaşıl Zonada Amerika səfirliyinə doğru yürüş ediblər.
Yəmənin paytaxtı Sənada minlərlə yəmənli işğalçı qüvvələr tərəfindən Qəzzədə Əl-Məmədani xəstəxanasında yaralıların, qadın və uşaqların qətliamını pisləmək üçün gecə yürüşü keçiriblər.
Beyrutdan yayılan görüntülər də Livan xalqının böyük izdihamını göstərir ki, ABŞ-ın uşaq qatili sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə verdiyi dəstəkdən nifrətlərini bildirmək üçün Amerika səfirliyinə doğru hərəkət edirlər.
Mərakeşin bir neçə şəhərində də nümayişlər keçirilib. Paytaxt Rabatda parlamentin qərargahı qarşısında etiraz aksiyası keçirən etirazçılar işğalçı qüvvələrin Qəzzədə Fələstin xalqına qarşı törətdiyi qırğınları və kütləvi qətlləri o cümlədən Əl-Məmədani xəstəxanası qətliamını qınayıblar.
Bundan əlavə Tunis, Əlcəzair, Liviya, Küveyt, Misir, Qətər, və hətta Almaniya, İspaniya və Hollandiyada da sionist rejimə qarşı nifrət aksiyası keçirilib.