Rusiya prezidenti BƏƏ-yə səfər edib
Rusiya lideri Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.
Vladimir Putinin səfəri münasibətilə Əbu-Dabidə aviaşou təşkil olunub.
Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinin “Əl-Fursan” (Cəngavərlər) akrobatika komandasının reaktiv təyyarələri Vladimir Putinin BƏƏ-yə rəsmi səfəri münasibətilə Əbu-Dabinin səmasını Rusiya bayrağının rənglərinə boyayıblar.
Rusiya liderini hava limanında BƏƏ-nin xarici işlər naziri qarşılayıb.
Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Bin Zayed ilə görüşdə deyib: "Rusiya ilə BƏƏ arasında əlaqələr görünməmiş səviyyəyə çatıb. Putin BƏƏ-ni Rusiyanın ərəb dünyasında əsas ticarət tərəfdaşı adlandırıb və BƏƏ prezidenti Məhəmməd bin Zayed Ali Nəhyanın 2024-cü ilin payızında Kazanda keçiriləcək BRİKS toplantısında iştirak edəcəyinə ümid etdiyini bildirib.
Putin əlavə edib: "Mövqeniz sayəsində əlaqələrimizin görünməmiş səviyyəyə çatıb. Mən və siz həmişə təmasdayıq. Həmkarlarımız daima bir-birləri ilə işləyirlər. Birləşmiş Ərəb Əmirlikləri Rusiyanın ərəb dünyasında əsas ticarət tərəfdaşıdır".
Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Ali-Nəhyan ilə görüşündə Fələstin-İsrail münaqişəsinin müzakirə ediləcəyini, həmçinin Ukrayna böhranı barədə məlumat veriləcəyini qeyd edib.
Rusiya lideri BƏƏ-dən sonra Səudiyyə Ərəbistanına səfər edəcək. Səfər zamanı Neft və OPEC+ mövzuları, Ukrayna və Yaxın Şərqdəki müharibələrin müzakirə olunacağı bildirilib.
Eyni zamanda Kreml bu səfərin məqsədinin “hərbi və iqtisadi əlaqələrin gücləndirilməsi" olduğunu elan edib.