ABŞ Müdafiə naziri gizləndi Bayden administrasiyası çalxalandı
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin bir neçə gün xəstəxanada qaldığını gizlətməsi Pentaqonda çaxnaşmaya, Müdafiə Nazirliyinin strukturunda ciddi narazılıqlara səbəb olub.
Görünür Ağ evdə sözü gedən məsələnin ciddi müzakirələrə səbəb olması 2024-cü il seçkiləri ərəfəsində demokratların mövqeyinə daha bir zərbə olacaq.
Qeyd edə ki, bu günlərdə ABŞ müdafiə nazirinin gizlədilməsi ilə bağlı xəbərlər dünya mediasında müxtəlif aspektlərdən yanaşılıb.
Pentaqon rəhbərinin gizlədilməsi nə ilə bağldır? Austin niyə xəstəxanaya yerləşdirmə prosesini Ağ Ev rəsmilərindən, xüsusən Baydenin özündən və hətta Pentaqondakı ən yaxın adamlarından gizli saxlayıb? Amerikanın siyasi-təhlükəsizlik strukturunda bu gizlədilmə nə dərəcədə həssaslıq yaradıb? ən çox soruşulan suallar arasında olub.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostinin xəstəxanaya yerləşdirilmə səbəbi ağlı uzun müddət gizlədildikdən sonra dünən (9 yanvar) Valter Rid Hərbi Tibb Mərkəzi onun xərçəngdən əziyyət çəkdiyini açıqlayıb. O, dekabrın 22-dən Walter Reed Xəstəxanasına yerləşdirildiyini bildirib.
ABŞ Nümayəndələr Palatasında respublikaçı Mett Rozendeyl L.Ostinin gizlənməsini onun vəzifə andını pozduğunu və ABŞ xalqının həyatını təhlükəyə atdığını deyib.