Mart 07, 2024 21:01 Asia/Baku
  • Almaniyada qatar sürücüləri tətil aksiyası keçirib

Almaniya cümə axşamı üç cəbhədə tətillərlə üzləşib, çünki qatar sürücüləri, hava limanının təhlükəsizlik işçiləri və Lufthansa yer işçiləri işdən tətil ediblər və işlərini tərk ediblər, bu da, Avropanın ən böyük iqtisadiyyatında milyonlarla səyahətçi üçün daha çox başağrısına səbəb olub.

Almaniyada müxtəlif həmkarlar ittifaqlarının aşağı maaşlara və ağır iş şəraitinə etirazlarının davamında sərnişin bölməsində qatar sürücüləri bu gün səhər saat 2-00-dan etibarən işlərini dayandırıblar və bu tətil aksiyasının cümə günü günorta saatlarına qədər davam etməsi planlaşdırılır.

Yük bölməsində isə qatar maşinistləri öz tətil aksiyalarını çərşənbə günü günortadan sonra başlayıblar və bu tətilin cümə günü saat 5-00-dək davam edəcəyi gözlənilir.  

Almaniya Milli Dəmir Yolları bildirib ki, bu tətil aksiyaları ölkədə dəmir yolu hərəkətinə geniş təsir göstərəcək və onu pozacaq. 

Bu xəbərdarlıq tətillərində Almaniyada ictimai nəqliyyat şirkətlərində çalışan 30,000 işçi iştirak edir və həmkarlar ittifaqları və sahibkarlar arasında danışıqlar hələ heç bir nəticəyə çatmayıb. 

Teqlər