Mart 11, 2024 19:29 Asia/Baku
  • Sabahdan İran, Çin və Rusiyanın dəniz təhlükəsizliyi qurşağı hərbi təlimləri keçiriləcək

İran, Çin və Rusiyanın iki min iyirmi dörd dəniz təhlükəsizliyi qurşağı hərbi təlimlərinin əsas etapı sabahdan başlanır.

Bu mürəkkəb hərbi təlimlər İran İslam Respublikasının dəniz qüvvələrinin dəniz və aviasiya bölmələri, həmçinin Çin və Rusiya gəmilərinin iştirakı ilə keçiriləcək. Oman, Azərbaycan Respublikası, Qazaxıstan, Pakistan və Cənubi Afrikadan olan nümayəndələr də təlmilərdə iştirak edəcəklər.

Təlimlərin keçirilməsində məqsəd, regionda təhlükəsizliyin və onun əsaslarının möhkəmləndirilməsi, iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlıqların genişləndirilməsi, habelə bu ölkələrin/ ortaq gələcəkli dəniz camiəsinin yaradılması, eləcə də dəniz təhlükəsizliyinə və beynəlxalq sülhə birgə dəstək istiqamətindəki bacarıqları və xoşməramlılıqlarını göstərməkdir.

Hərbi təlimlərin digər məqsədlərindən/ taktiki və əməliyyat təcrübələri mübadiləsinə, dəniz ticarəti və yardımı sahəsində informasiya mübadiləsinə, humanitar hərəkətlərə, dəniz terrorizmi və quldurluğu ilə mübarizəyə və beynəlxalq dəniz ticarəti təhlükəsizliyinin gücləndirilməsinə işarə etmək olar.

 

Teqlər