May 08, 2024 14:56 Asia/Baku
  • Quterreş: Rəfəhə tam miqyaslı hücum humanitar fəlakət yaradacaq

BMT-nin baş katibi xəbərdarlıq edib ki, İsrail qüvvələrinin Rəfəh şəhərinə tam miqyaslı hücumu “strateji səhv, siyasi fəlakət və humanitar kabus" olacaq.

BMT-nin Baş katibi Antonio Quterreş bir bəyanatda sionist rejim və HƏMAS arasında razılığın əldə edilməsinin vacibliyini  vurğulayıb və bu rejimin Rəfəhə tam miqyaslı hücumunun qarşısını almağa çağırıb. 

Quterreş hazırkı dönəmi fələstinlilər, sionist rejim və bölgənin taleyi üçün həlledici dönəm adlandırıb.

BMT-nin Baş katibi xəbərdarlıq edib ki, atəşkəsə nail olmadan, Qəzzədəki sionist girovların azad edilməsi mümkün olmayacaq və Rəfəhə dağıdıcı hücuma səbəb olacaq. 

Quterreş davamında Rəfəhə genişmiqyaslı hücumun “humanitar fəlakət olacağını və saysız-hesabsız mülki itkilərə səbəb olacağını və Qəzzədə təhlükəsiz yer olmadan çoxlu sayda ailəni yenidən didərgin düşməyə məcbur edəcəyini” söyləyib. 

O, bildirib ki, Rəfəhə hücum "strateji səhv, siyasi fəlakət və humanitar kabus olacaq. 

BMT-nin Baş katibi Həmçinin deyib ki, hər iki tərəf razılığa gəlmək üçün öz siyasi cəsarətini nümayiş etdirməlidir.

Teqlər