3 Avropa ölkəsi bu gün Fələstini rəsmən tanıyacaq
May 22, 2024 11:58 Asia/Baku
"Politico" məlumat verir ki, İrlandiya bu gün Fələstin dövlətini rəsmi olaraq tanıyacaq. Ölkənin 2 digər Avropa hökuməti ilə bu məsələdə razılaşdırdığı bildirilir.
"Reuters" agentliyi Norveçin baş nazirinə istinadən xəbər verir ki, Norveç bu gün Fələstini rəsmi şəkildə dövlət kimi tanıyacağını elan edəcək.Məlumatlara görə, İspaniya İrlandiya və Norveçin bu addımına qoşulan üçüncü ölkədir.Sionist mediası rejimin xarici işlər naziri bu qərardan sonra İrlandiya və Norveçdəki səfirlərini çağırması barədə xəbər yayıb.