May 27, 2024 21:15 Asia/Baku
  • Cənubi Afrikalılar Fələstinə dəstək aksiyası keçirib

Minlərlə Cənubi Afrikalı Qəzzə və Fələstinə dəstək üçün paytaxt Keyptaun şəhərinin küçələrinə axışaraq İsrail və müharibə əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, Cənubi Afrika hökuməti son aylarda sionist rejimini beynəlxalq qurumlarda rüsvay edərək Qəzzənin məzlum xalqına dəstək göstərmiş və bu istiqamətdə təqdirə layiq işlər görüb ki, bir çox İslam və ərəb ölkələri buna cürət belə etməmişlər.

Bu ölkə olduqca fəxrəlayiq bir hərəkətlə Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsinə sionist rejimdən şikayət etdi.

Nelson Mandela irsinin daşıyıcısı olan bu ölkədən ezam edilmiş hüquq qrupu sionist rejimin 1948-ci il Soyqırım Konvensiyasına əməl etməməsi məsələsini Beynəlxalq Məhkəmə qarşısında qaldırmış və praktiki olaraq sionist rejiminə təzyiq göstərə bilmişdir.

Beynəlxalq Ədalət Məhkəməsi buna əsaslanaraq, 13 lehinə və 2 əleyhinə səslə, sionist rejimin Rəfəhdəki hərbi əməliyyatlarının dərhal dayandırılmasına göstəriş verib və Qəzzə zolağına humanitar yardımın daxil olması üçün Rəfah keçidinin yenidən açılmasını tələb edib.

 

Teqlər