Sionist rejimin lobbiçilik imkanları heç oldu
May 29, 2024 16:04 Asia/Baku
Avropanın daha 4 ölkəsi Fələstini tanımağa hazırlaşır
Belçika, Lüksemburq, Portuqaliya və Sloveniya tezliklə Fələstini müstəqil dövlət kimi tanıya bilər.
Bu sözləri Rusiya mətbuatına Fələstinin Rusiyadakı səfiri Əbdül-Hafiz Nofəl deyib.
Qeyd edək ki, İrlandiya, İspaniya və Norveç mayın 28-də Fələstin dövlətinin tanınması barədə qərar qəbul etdiklərini açıqlayıblar. O cümlədən məsələ ilə bağlı açıqlama verən İrlandiyanın baş naziri Saymon Harris bildirib ki, Dublinin verdiyi bu qərar çox mühümdür və dünyaya mesaj olmalıdır.
Öz növbəsində Norveçin xarici işlər naziri Espen Bart Eide açıqlamasında bildirib ki, Oslo 30 ildən artıqdır ki, Fələstin dövlətinin yaradılmasının ən fəal tərəfdarlarından biri olub.