UNRWA xunta rejiminin qəddarlığı barədə dünya ictimaiyyətinə səslənir
https://azeri.sahartv.ir/news/dünya-i415234-unrwa_xunta_rejiminin_qəddarlığı_barədə_dünya_ictimaiyyətinə_səslənir
Qəzzənin şimalında ən azı 400 mindən çox insan blokadaya alınıb
(last modified 2024-10-11T05:45:32+00:00 )
Okt 11, 2024 06:52 Asia/Baku
  • UNRWA xunta rejiminin qəddarlığı barədə dünya ictimaiyyətinə səslənir

Qəzzənin şimalında ən azı 400 mindən çox insan blokadaya alınıb

Mühasirəyə düşən Qəzzə zolağının şimalında 400 min fələstinli İsrailin hücumları səbəbindən blokadaya alınıb.

Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini sosial şəbəkədə yazıb.

O qeyd edib ki, İsrail ordusunun son təxliyə əmrləri insanları yenidən köçməyə məcbur edib. “Şimali Qəzzədə ən azı 400 min insan sıxışıb. İsrail hakimiyyət orqanlarının son təxliyə əmrləri insanları təkrar-təkrar, xüsusən də Cebaliya düşərgəsindən qaçmağa məcbur edib. Çoxları bundan imtina edir, çünki Qəzzədə heç bir yerin təhlükəsiz olmadığını çox yaxşı bilirlər”.