Ağ Evin sabiq müşaviri: İŞİD praktiki olaraq hökumət qurub
May 24, 2015 20:18 Asia/Baku
-
Klark İŞİD təhlükəsindən danışıb
Riçard Klark İŞİD təhlükəsinin genişləndiyini bildirib və bu terror qruplaşması ilə mübarizə üçün Amerikanın İranla koalisiya qurmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Rəy əl-Youma istinadla verdiyi məlumata görə, Ağ Evin sabiq müşaviri Riçard Klark terrorizmlə əlaqədar məsələlər barədə deyib: İŞİD terror qruplaşması praktiki olaraq geniş əraziləri ələ keçirməklə hökumət qurmağa nail olub və ABŞ hökuməti bu terror qruplaşması ilə mübarizə aparmaq, xalq döyüşçüləri, hətta İranla koalisiya qurmaqla bölgəyə qüvvə göndərməlidir.Klark İŞİD-in irəliləməsinin Amerika üçün əhəmiyyəti barədə deyib: Biz İraqa daxil olduq, minlərlə əsgərimizi itirdik, milyardlarla dollar xərclədik. Hazırda bəzilərinin qənaətincə, bizim İraqdan geri çəkilməyimiz yanlış olmuşdur və yenidən bu ölkəyə qayıtmalıyıq. Lakin mənim fikrincə, ehtiyatlı olmalıyıq və İraqa qayıtmaq məqsədimiz olarsa, proqramla addım atmalıyıq.
Klark Amerikanın İraqdakı müdaxiləsinin forması barədə bildirib: Bizim hazırda İraqda 3 min əsgərimiz vardır ki, yalnız iraqlı qüvvələrə məsləhətlər verirlər. Halbuki onlar iraqlı qüvvələri müxtəlif hərbi və lojistik cəhətlərdən dəstəkləyə bilərlər.