YUNESKO: Terrorçular Liviyada tarixi abidələri ağır texnika vasitəsilə məhv edir
May 27, 2015 09:14 Asia/Baku
-
YUNESKO: Terrorçular Liviyada tarixi abidələri məhv edir
Liviyada silahlı radikal qruplaşmalar ölkənin tarixi və mədəniyyət abidələrini tamamilə məhv edirlər.
Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə YUNESKO-nun müşaviri, dünya irsinin ərəb regional mərkəzinin müdiri Munir Buşenaki bildirib.“Liviyada tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində çox gərgin vəziyyət yaranıb. Onlar qəsdən ağır texnika, ekskavatorlar vasitəsilə tamamilə məhv edilir” – deyə Buşenaki bildirib.
Onun sözlərinə görə, ekstremistlər hətta Tadrart Akakus dağ massivindəki eramızdan əvvəl 12000-ci ilə aid edilən qayaüstü təsvirləri məhv etməyə başlayıb.
Liviyadakı tarixi abidələrin qorunub saxlanılması məqsədi ilə Mərkəz, Bəhreyndə Liviya muzeylərinin əməkdaşlarının görüşünü keçirmək niyyətindədir.