Putin xarici müdaxiləni terrorizmin genişlənməsi amili adlandırıb
May 27, 2015 05:27 Asia/Baku
-
Vladimir Putin - Rusiya prezidenti
Rusiya prezidenti Qərbin qanunsuz və qəbuledilməz müdaxiləsini hazırda İŞİD-in fəal olduğu ölkələrdə terrorizmin formalaşması amili adlandırıb.
Səhər kanalının APTN kanalına istinadlı məlumatına görə, Vladimir Putin dünən Briks təşkilatına üzv ölkələrin milli təhlükəsizlik şurasının katibləri ilə görüşdə deyib ki, xarici müdaxilədən öncə hazırda İŞİD-in fəal olduğu ölkələrdə terrorizm mövcud deyildi.O, ABŞ və müttəfiqlərinin İraq və Suriyadakı hərbi müdaxilələrinin acınacaqlı nəticələrinə toxunaraq, deyib ki, Yaxın Şərqdə və Afrikanın şimalında nələrin baş verdiyinin şahidiyik
Putin habelə Briks təşkilatına üzv ölkələrin milli təhlükəsizlik şurasının katiblərinə deyib ki, mütəşəkkil cinayətlər, terrorçuluq və maliyyə cinayətlərinə qarşı müharibə mütləq dünya ictimaiyyətinin gündəmində durur.
Briks təşkilatına üzv ölkələrin milli təhlükəsizlik iclası beynəlxalq məsələlər sahəsində strateji həmkarlıqların mexanizminin bəyanı hədəfi ilə çərşənbə axşamı günü Moskvada keçirilib.
Teqlər