Fransa Avropa Birliyinin dağılmasından nigarandır
https://azeri.sahartv.ir/news/dünya-i194289-fransa_avropa_birliyinin_dağılmasından_nigarandır
Fransa xarici işlər naziri İngiltərənin Avropa Birliyindən çıxması barədə bu ölkədə referendumun keçirilməsini təhlükəli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2015 13:02 Asia/Baku
  • Loran Fabius
    Loran Fabius

Fransa xarici işlər naziri İngiltərənin Avropa Birliyindən çıxması barədə bu ölkədə referendumun keçirilməsini təhlükəli adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Le Puan qəzetinə istinadla verdiyi məlumata görə, bu gün Parisdə İngiltərə baş naziri ilə görüşü nəzərdə tutulan Loran Fabius İngiltərəni Avropa Birliyindən çıxmaqda ilk məğlub adlandırıb.
Fabius deyib: Əlbəttə Avropa birliyi də məsələdən zərər çəkəcək.
Fransa xarici işlər naziri İngiltərəni hərbi, siyasi və iqtisadi qüdrət adlandırıb və bu ölkənin Avropa Birliyi tərkibində qalmasına ümid edib.
İngiltərə hökuməti bu gün 2017-ci ilin sonuna qədər bu ölkənin Avropa Birliyindən çıxması üzrə referendumun keçirilməsi qanununu parlamentə təqdim edəcək.
Bu referendumun keçirilməsi İngiltərə parlament seçkilərində verilən əsas vədlərdən biri idi.