May 29, 2015 10:24 Asia/Baku
  • İraqın qərbinidə Sərsar təsisatı azad edildi
    İraqın qərbinidə Sərsar təsisatı azad edildi

İraqın Bədr Təşkilatının sədri Rəmadinin şimalında yerləşən Sərsar təsisatının azad edilməsindən xəbər verib.

İraqın Süməriyyə informasiya agentliyinin verdiyi məlumata görə, İraqın Bədr Təşkilatının sədri deyib: təhlükəsizlik qüvvələri və könüllü xalq qüvvələri cümə axşamı Rəmadinin şimalında yerləşən Sərsar təsisatını azad etməyə nail olublar. Bu əməliyyat zamanı ordu qüvvələri könüllü xalq qüvvələrinin dəstəyi ilə İŞİD-in işğalında olan Sərsar təsisatını və bu təsisatda mühasirəyə düşən 90 hərbçini azad ediblər.
Bunun ardınca İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili də Cəzürətül-Samirə, Xəttül-Layn, Seyid Qərib və Rəmilat məntəqələrindən Nazim Sərsar məntəqəsinə kimi olan ərazilərin İŞİD-in işğalından azad edilməsindən xəbər verib.
Bu toqquşmalar zamanı 63 təkfirçi-terrorçu öldürülüb. Həmçinin, qadın libası geyinərək, qaçmağa çalışan 4 İŞİD terrorçusu İraq qüvvələri tərəfindən həbs edilib.
İraqın Ər-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhəri ötən həftələr ərzində İŞİD terrorçuları tərəfindən işğal edilib.
Əl-Ənbar vilayətinin azad edilməsi əməliyyatı çərşənbə axşamı günündən başlanıb və hazırda bu vilayət 3 istiqamətdən mühasirədədir.

Teqlər