May 30, 2015 16:57 Asia/Baku
  • Zərif və Kerri Cenevrədə görüşüblər
    Zərif və Kerri Cenevrədə görüşüblər

İranın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Lozanna bəyannaməsindən bəri ikinci dəfə olaraq bu gün Cenevrədə görüşüblər.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, İranın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Lozanna bəyannaməsindən sonra ikinci dəfə olaraq bu gün Cenevrədə, İnterkontinental otelində görüşüblər. İran və Amerikanın müzakirə heyətləri də iki ölkənin xarici işlər nazirlərinin müavinləri Abbas İraqçı və Vendi Şermanın başçılığı ilə dünən Vyanadan Cenevrəyə gəliblər. Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt də Cenevrə müzakirələrində iştirak edir. Bu müzakirələrdə ABŞ-ın energetika naziri Ernest Muniz də iştirak edir. Bəzi Qərb rəsmilərinin dediklərinə görə, bu müzakirələr 2 günlükdür və sabah da davam edəcək.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Cenevrəyə daxil olduğu zaman jurnalistlərə deyib: Cenevrədə müzakirələrin son durumunu araşdıracağıq və bunun əsasında müzakirələrin gələcəyi üçün qərar qəbul ediləcək.

Teqlər