Con Kerri Fransada velosiped qəzasına düşüb
https://azeri.sahartv.ir/news/dünya-i194378-con_kerri_fransada_velosiped_qəzasına_düşüb
ABŞ dövlət katibi Fransada velosiped sürərkən qəzaya uğrayıb və xəstəxanaya yerləşdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2015 12:25 Asia/Baku
  • Con Kerri Fransada velosiped qəzasına düşüb
    Con Kerri Fransada velosiped qəzasına düşüb

ABŞ dövlət katibi Fransada velosiped sürərkən qəzaya uğrayıb və xəstəxanaya yerləşdirilib.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, insident nəticəsində Kerri ayağından zədələnib.

Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki "Geneva University Hospital" xəstəxanasına çatdırılıb. Onun Cenevedə yerləşən xəstəxanaya aparılması üçün hellikopter tələb olunub. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib.

ABŞ Dövlət Departamentinin rəsmisi verdiyi açıqlamasında Kerrinin huşunun özündə olduğunu, ayağından xəsarət aldığını deyib.

Con Kerri ötən gün İranın xarici işlər naziri ilə görüşüb, nüvə müzakirələri barədə danışıqlar aparmaq üçün Cenevrədə idi. Onun İspaniya kralı ilə görüşmək üçün axşam Madridə getməsi planlaşdırılırdı.

Kerri bundan sonra İŞİD terrorunun müzakirəsi üçün Parisdə keçirilən konfransda iştirak etməli idi.

Diplomatik səfərlərində velosipeddən istifadə etməyi xoşlayan Kerri çox vaxt velosipedini də səyahət edəcəyi təyyarədə özü ilə aparır.