İyun 01, 2015 14:12 Asia/Baku
  •  Yulianov
    Yulianov

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət İdarəsinin rəisi bildirib: Rusiya lazım olduğu halda öz atom silahlarını bu ölkə ərazisinin istənilən məkanında, o cümlədən Krımda yerləşdirməsini özünün qorunmuş haqqı hesab edir.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, bu rus rəsmisi əlavə edib: Rusiya aşkar şəkildə ölkə ərazisinin hər bir yerində atom silahları yerləşdirməyi özünün qorunmuş haqqı bilir. Yulianovun açıqlaması Türkiyənin Antalya şəhərində may ayının ortalarında keçirilən NATO iclasında Ukrayna xarici işlər nazirinin sözlərinə reaksiyadır.
ABŞ da bundan öncə Rusiyanın ehtimal üzrə Krım yarımadasında atom silahlarını yerləşdirməsinə nigaranlığını bildirmişdi.
Ukrayna xarici işlər naziri bildirib ki, atom silahlarının Krımda yerləşdirilməsi Rusiyanın müxtəlif anlaşmalardakı beynəlxalq öhdəliklərini pozmasının ən ciddi halı olacaqdır.

Teqlər