İraqın şimalında kütləvi qəbirlər
İyun 03, 2015 14:22 Asia/Baku
-
İraqın şimalında kütləvi qəbirlər aşkar edilib
İŞİD-in İraqın şimalındakı Səlahəddin vilayətində qətlə yetirdiyi yüzlərlə iraqlının cəsədi üzə çıxarılıb.
Suməryə Nyus-un məlumatına görə, İraq Ekspertiza İdarəsinin Kütləvi Qəbirlər şöbəsinin müdiri Amir Cəmil bildirib ki, Tikritdəki prezident sarayları məntəqəsində kütləvi qəbirlərdən 596 cəsəd aşkarlanıb və bu ölkənin ekspertiza idarəsinə köçürülüb.Ötən bazar günü də İraqın Diyalə vilayətinin mərkəzi olan Bəqubə şəhərinin Əlsəidiyyə mənqəsinin kəndlərindən birində 33 cəsədə malik kütləvi qəbir aşka edilib. Bu cəsədlər İŞİD terrorçuları tərəfindən qətli-am edilmiş mülkilərdir.
2014-cü ilin iyununda İŞİD terrorçuları Tikrit yaxınlığındakı Spayker hərbi bazasından yüzlərlə gənci oğurlayaraq, bir neçə məntəqədə edam və öz cinayətlərinin təsvirlərini yaydı.