Netanyahu Fransa şirkətinin sionist rejimə embarqo qoymasından qəzəblənib
https://azeri.sahartv.ir/news/dünya-i194529-netanyahu_fransa_şirkətinin_sionist_rejimə_embarqo_qoymasından_qəzəblənib
Sionist rejim baş naziri Fransa hökumətindən bu ölkənin bir şirkətinin İsraili embarqo qoymasını pislməsini isətyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2015 04:09 Asia/Baku
  • Fransız şirkətin qərarı Netanyahunu əsəbiləşdirib
    Fransız şirkətin qərarı Netanyahunu əsəbiləşdirib

Sionist rejim baş naziri Fransa hökumətindən bu ölkənin bir şirkətinin İsraili embarqo qoymasını pislməsini isətyib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, sionist rejim baş naziri Benyamin Netanyahu Fransa hökumətindən istəyib ki, Fransanın Oranj telekommunikasiya qrupunun Təl-Əvivin insanlığa qarşı hərəkətlərinə görə, sionist rejimin telekommunikasiya şirkəti ilə əməkdaşlığı dayandırmasını pisləsin.
Fransan Oranj telekommunikasiya qrupu bundan öncə sionist rejimin Partner telekommunikasiya şirkəti ilə əməkdaşlığı dayandıracağını bildirmişdi.
Fransız şirkət bildirir ki, Partner şirkəti sionist rejimin işğal olunmuş ərazilər, xüsusilə də sionist sakinli qəsəbələrdə qeyri-qanuni fəaliyyətdə iştirak edib.
Oranj şirkətinin icraçı direktoru Stefan Riçard çərşənbə günü Qahirədə bu şirkətin işğal olunmuş Fələstin ərazilərindən çıxdığını bildirib.
Ötən ay insan haqları fəalları fransız şirkətdən istəmişdilər ki, bu şirkətin icazəsi ilə fəaliyyət göstərən Partner şirkətinə sanksiya tətbiq etməklə sionist rejimin insan haqlarını pozmasını pisləsin.