Həştərxanda bir rus qırıcısı qəzaya uğrayıb
https://azeri.sahartv.ir/news/dünya-i194533-həştərxanda_bir_rus_qırıcısı_qəzaya_uğrayıb
Rusiyanın Miq-29 qırıcı təyyarəsi Həştərxanda təlim uçuş zamanı qəzaya uğrayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2015 04:44 Asia/Baku
  • Rusiya qırıcısı qəzaya uğrayıb
    Rusiya qırıcısı qəzaya uğrayıb

Rusiyanın Miq-29 qırıcı təyyarəsi Həştərxanda təlim uçuş zamanı qəzaya uğrayıb.

Səhər Beynəlxalq Televiziyasının Russiya Todaya istinadla verdiyi məlumata görə, pilotlar qırıcı yerə toxunmazdan öncə təhlükəsizlik paraşütü ilə təyyarəni tərk ediblər.
Texniki nasazlıq bu təyyarənin qəzaya uğramasının səbəbi kimi göstərilib və Rusiyanın Hərbi Hava Qüvvələrinin mütəxəssisləri hadisənin dəqiq səbəbini araşdırmaq üçün hadisə yerinə ezam olunublar.
Rusiyanın Hərbi Hava Qüvvələrinin komandanlığı da göstəriş verib ki, bu qırıcıların uçuşu araşdırmaların sonuna qədər ləğv olunsun.
Rusiyanın Həştərxan vilayətinin tibb rəsmisi bildirib ki, pilotlardan biri xəstəxanada yerləşdirilib və onun vəziyyəti ağırdır. Digər pilotda isə cüzi sınıqlar vardır.