İyun 07, 2015 08:19 Asia/Baku
  • Yunanıstanın borc böhranı araşdırılıb
    Yunanıstanın borc böhranı araşdırılıb

Fransa rəsmiləri bildiriblər ki, bu ölkə prezidenti Fransua Olland şənbə günü Almaniya kansleri Angella Merkel və Yunanıstanın baş naziri Aleksis Siprasla bu ölkənin borc böhranı barədə telefon danışığı aparıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Fransa prezidenti Almaniya kansleri və Yunanıstan baş naziri ilə telefon söhbətində Afinanın beynəlxalq şəriklərlə ixtilaflarının aradan qaldırılması yollarını araşdırıb.
Şənbə günü Almaniya kansleri Angella Merkelin müavini Siqmar Qabriel bildirib ki, Yunanıstanın müzakirələri davam etdirmək bəhanəsi ilə beynəlxalq şərikləri ilə maliyyə razılaşmasından boyun qaçırması qəbulediləsi deyildir.
Yunanıstan 2015-ci il 5 iyuna qədər 1 milyard 600 milyon avro olan birinci krediti Beynəlxalq Valyuta Fonduna ödəməli idi.

Teqlər