CHP lideri: Demokratiya qalib gəldi
İyun 08, 2015 04:50 Asia/Baku
-
CHP lideri: Demokratiya qalib gəldi
Türkiyə Cumhuriyyət Xalq Partiyasının lideri bu ölkə parlamentinə seçkilərin nəticəsini demokratiyanın qələbəsinin nişanəsi adlandırıb.
Səhər kanalının Anadolu xəbər agentliyinə istinadlı məlumatına görə, Kamal Kılıçdaroğlu Ankarada deyib ki, bu partiya demokratik həll yollarından bəhrələnərək, repressiya dövrünə son qoymağa müvəffəq olub.Belə bir halda, Türkiyə Cumhuriyyət Xalq Partiyasının sədr müavini də bildirib ki, hakim partiyanının parlament əksəriyyətini əldə etməkdə məğlubiyyətə uğraması bu partiyanın etibarının azaldığını göstərir və onun əsas məğlubu, Rəcəb Tayyıb Ərdoğandan başqa bir kəs deyil.
Teqlər