Ruhingiya müsəlmanlarının naməlum gələcəyi
İyun 08, 2015 10:41 Asia/Baku
-
Ruhingiya müsəlmanlarının naməlum gələcəyi
BMT Ruhingiya əhalisini dünyanın zülm altında olan azlıqları siyahısında qərar verib və onların vəziyyətlərinin gələcəkdə o qədər də dəyişəcəyi nəzərə gəlmir.
Səhər kanalının Ekonomist-ə istinadlı məlumatına görə, Ruhingiya müsəlmanları Myanmanın qərbindəki Raxin əyələtində yaşayırlar. BMT Ruhingiya əhalisini dünyanın zülm altında olan azlıqları siyahısında qərar verib. Ruhingiya müsəlmanları Myanma əhalisinin dörd faizini təşkil edir və bu ölkədəki digər etnosların rasist hücumlarına məruz qalırlar.Ruhingiyanın bir milyon yüz min nəfərlik əhalisinin əksəriyyəti Myanma vətəndaşlığı haqqından məhrumdur və aparteidə bənzər bir şəraitdə yaşayır. Onların yüz qırx min nəfərindən çoxu iki min on ikinci ildə "Raxine" buddist etnosu ilə qarşıdurmanın ardınca digər məntəqələrə didərgin düşüb. Ondan sonra çoxlu sayda ruhingiyalı İndoneziya, Malayziya və Tailand kimi qonşu ölkələrə mühacirət etməyə səy göstərib.
Heç bir beynəlxalq orqan bu dini azığın qırğını və incidilməsinə önəm vermir və şübhəsiz, yağıntı fəslinin başa çatması ilə minlərlə ruhingiyalı təhlükəli taxta qayıqlarla dənizə üz tutacaq ki, Myanma cəhənnəmindən azad olmuş olsun.