İyun 14, 2015 09:59 Asia/Baku
  • Türkiyə təhlükəsizlik qüvvələri suriyalı qaçqınlara hücum ediblər
    Türkiyə təhlükəsizlik qüvvələri suriyalı qaçqınlara hücum ediblər

Suriyadakı döyüşlərdən qorxaraq, bu ölkə sərhədi ilə Türkiyəyə keçən suriyalılar Türkiyənin təhlükəsizlik qüvvələrinin atəşinə məruz qalıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, qaçqınlar sərhəd keçidini keçərək, qaçqınlar düşərgəsinə getməyə çalışdıqları zaman Türkiyə təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazlardan istifadə etmələri və havaya atəş açmaları ilə üzləşiblər. Belə bir halda, kürd qüvvələri ilə terrorçular arasında ağır döyüşlər gedir.
Məlumatlara görə, Təl-Əbyəz şəhərində Suriya kürdləri xalq müdafiə komitələri Suriyanın şimalında Riqqə şəhərinin ətrafında İŞİD terror qruplaşmasının əsas bazasını iki istiqamətdən mühasirəyə alıblar.

Teqlər