Fransa XİN rəhbəri: “Yaxın günlərdə Donbasda hərbi texnikanın geri çəkilməsinə başlanılmalıdır”
https://azeri.sahartv.ir/news/dünya-i195136-fransa_xİn_rəhbəri_yaxın_günlərdə_donbasda_hərbi_texnikanın_geri_çəkilməsinə_başlanılmalıdır_
“Normand dördlüyü”nə daxil olan ölkələrin xarici işlər nazirləri Ukraynadakı münaqişənin tərəflərini iyunun 26-dək hərbi texnikanın geri çəkilməsi ilə bağlı razılığa gəlməyə çağırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2015 09:55 Asia/Baku
  • Loran Fabius - Fransa xarici işlər naziri
    Loran Fabius - Fransa xarici işlər naziri

“Normand dördlüyü”nə daxil olan ölkələrin xarici işlər nazirləri Ukraynadakı münaqişənin tərəflərini iyunun 26-dək hərbi texnikanın geri çəkilməsi ilə bağlı razılığa gəlməyə çağırıblar.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Fransada keçirilən danışıqların yekunlarına dair qəbul olunan bəyanatda deyilir.

Bəyanatı səsləndirən Fransa xarici işlər naziri Loran Fabius bildirib ki, danışıqlarda Minsk anlaşmalarının tam yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

“Bununla əlaqədar iyulun 2-də işçi qrupunun iclasının keçirilməsini alqışlayırıq”, - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, yaxın günlərdə Donbasdakı münaqişə zonasından hərbi texnikanın geri çəkilməsinə başlanılmalıdır.