Rusiya və ABŞ arasında soyuq müharibə vəziyyəti var
İyun 30, 2015 04:37 Asia/Baku
-
Rusiya və ABŞ arasında soyuq müharibə vəziyyəti var
ABŞ-ın sabiq prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri deyib: Amerika Rusiya ilə gərginlikdə soyuq müharibə dövrünü keçirir.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Zbiqnev Bjezinski Ukrayna böhranı və Moskva ilə Vaşinqton arasında yaranan gərginlikləri nəzərə alaraq Amerika və Rusiya arasında soyuq müharibə vəziyyətinin mövcud olduğunu bildirib.Bjezinski Şpigel qəzeti ilə müsahibədə deyib: Moskva ilə Vaşinqton arasında uzun müddətdir ki, soyuq müharibə vardır. Lakin xoşbəxtlikdən bu vəziyyətin iki tərəf arasında ağır toqquşma ilə sonuclanacağı qeyri-mümkündür.
Bjezinski Amerikanın Avropanın şərqində ağır təchizatları yerləşdirməsini Rusiyanın hərəkətlərinə reaksiya adlandırıb.
Teqlər