İyul 19, 2015 09:53 Asia/Baku
  • Tiflisdə Rusiya əleyhinə etiraz aksiyası keçirilib
    Tiflisdə Rusiya əleyhinə etiraz aksiyası keçirilib

Gürcüstanda “Milli Hərəkat” partiyası və bir neçə QHT-lərin yüzlərlə üzvü ötən gün Tiflisdə hökumətin Rusiya ilə bağlı apardığı siyasətə qarşı etiraz aksiyası keçirib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, etirazçılar Gürcüstan hökumətini fəaliyyətsizlikdə ittiham edərək Rusiya tərəfindən həyata keçirilən “sürünən işğal”a reaksiya verməyi tələb ediblər.

Qeyd edək ki, Tsxinval bölgəsində Cənubi Osetiyanın “sərhədlərini” müəyyənləşdirən yeni məlumat lövhələrinin quraşdırılmasına münasibət bildirən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün bildirib ki, Gürcüstan itirilmiş ərazilərin konstitusion üsullarla qaytarılmasına nail olmağa çalışacaq.

Gürcüstan tərəfinin iddiasına əsasən, yeni məlumat lövhələrinin 300 metr irəli çəkilməsi nəticəsində Bakı –Supsa neft borusu işğal olunmuş ərazidə qalıb.

Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin isə yaranmış vəziyyətlə bağlı verdiyi açıqlamada , məlumat lövhələrinin yerinin dəyişdirilmədiyini və lövhələrin əvvəlki yerlərində olduğunu iddia edib.

Teqlər