İyul 21, 2015 19:21 Asia/Baku
  • Zərif və De Mistura Suriya böhranını dəyərləndiriblər
    Zərif və De Mistura Suriya böhranını dəyərləndiriblər

İran İslam Respublikasının xarici işlər naziri və BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Suriya böhranı ilə bağlı son dəyişiklikləri və böhranın siyasi həll yollarını araşdırıblar.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi De Mistura ilə Tehranda baş tutan görüşü zamanı deyib: Terrorçuları himayə regionda ifratçılıq və kobudluğun davam etməsinin başlıca səbəbidir.
Zərif Suriya böhranı üçün siyasi həll yolunun tapılması zərurətinə təkid edərək, əlavə edib: Terrorçuları himayənin davam etməsi böhrana düçar olmuş ölkələrdə insan faciəsinə səbəb olub.
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi De Mistura da bu görüşdə regional böhranların həllində İran İslam Respublikasının roluna təkid edib və deyib: BMT Suriya böhranı üçün yeni bir həll yolu ardıncadır və böhranın dinc yolla həllinə kömək etmək istəyir. Və İran bu məqsədə nail olmağa kömək edə bilər.

Teqlər