Ukrayna XİN Donbasdakı "münaqişənin dondurulması"nın mümkünsüz olduğunu bildirib
Avq 07, 2015 05:37 Asia/Baku
-
Qərb Donbasdakı "münaqişənin dondurulması"nı istəmir
Qərb Donbasdakı "münaqişənin dondurulması"nı istəmir.
APA-nın verdiyi xəbərə görə, Ukrayna XİN rəhbəri Pavel Klimkin Qərbin Donbasdakı münaqişənin dondurulmasını istəmədiyini deyib.Pavel Klimkin yerli “5-ci kanal”ın efirində çıxışı zamanı deyib: “Qərbdə heç kimdə Donbasdakı münaqişənin “dondurulmuş münaqişə” şəklində sabitləşdirmək kimi illüziya yoxdur”.
Klimkin qeyd edib ki, “Donbas üzrə kompromis tək Donbas üçün yox, bütövlükdə, bütün Avropa üçün tamamilə gözlənilməz fəsadlara gətirib çıxaracaq”.
Klimkinin sözlərinə görə, Qərbdə yaxşı anlayırlar ki, Donbasda münaqişə dondurularsa, Rusiya onu istədiyi an yenidən gərginləşdirə biləcək.
Teqlər