Kiyev Rusiyadan Ukraynada gərginliyin artmasına mane olmasını istədi
https://azeri.sahartv.ir/news/dünya-i196645-kiyev_rusiyadan_ukraynada_gərginliyin_artmasına_mane_olmasını_istədi
Ukrayna xarici işlər naziri rusiyalı həmkarı ilə telefon danışığında Moskvadan istəyib ki, ölkənin şərqində gərginliyin genişlənməsinə mane olsun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2015 10:08 Asia/Baku
  • Kiyev Rusiyadan Ukraynada gərginliyin artmasına mane olmasını istədi
    Kiyev Rusiyadan Ukraynada gərginliyin artmasına mane olmasını istədi

Ukrayna xarici işlər naziri rusiyalı həmkarı ilə telefon danışığında Moskvadan istəyib ki, ölkənin şərqində gərginliyin genişlənməsinə mane olsun.

İnterfaks-ın məlumatına görə, Pavlo Klimkin bazar ertəsi günü Sergey Lavrov ilə telefon danışığında Ukrayna ordusu ilə Rusiyanın himayə etdiyi silahlı müxaliflər arasında toqquşmaların genişlənməsindən nigaranlıq edib.
Klimkin deyib: Rusiya Donbasda gərginliyin artmasına mane olmalıdır.
Rusiya xarici işlər naziri Sergey Lavrov da bu telefon söhbətində Ukrayna dövlətindən istəyib ki, silahlı müxaliflərlə bağlı böhranı həll etmək üçün, birbaşa müzakirələr aparsın. Son günlər ərzində Ukraynanın şərqində atəşkəsin pozulması ilə toqquşmalar yenidən şiddətlənib. Ukraynanın şərqində atəşkəsin bərqərar edilməsi barədə anlaşma cari ilin fevralında əldə olunmuşdu.