Rusiya: Kiyevin yeni təhlükəsizlik strategiyası Moskva ilə qarşıdurma üzərində qurulub
Avq 11, 2015 15:54 Asia/Baku
-
Nikolay Patruşev
Rusiya Milli Təhlükəsizlik Şurasının katibi deyib: Ukraynanın milli təhlükəsizlik strategiyası 2020-ci ilə kimi Rusiya ilə qarşıdurma üzərində qurulub.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Nikolay Patruşev bu barədə deyib: Mütəxəssislərin hesablamalarına görə, Ukraynanın milli təhlükəsizlik strategiyası Rusiya ilə qarşıdurmaya əsaslanır. Amma, bu məsələ bizi nigaran etmir.Patruşev daha sonra deyib: bu strategiyada Rusiya Ukrayna üçün ən ciddi xarici təhdid və təcavüzkar ölkə adlandırılır. Bu sənədə əsasən Ukrayna birneçə tərəfli siyasət yürütməkdən çəkinəcək və Amerikanı özünün yeganə şəriki qəbul edəcək.
Bu sənəddə həmçinin, Ukrayna bloklara qoşulmama mövqeyini kənara qoyaraq, öz hərbi sənayesini NATO standartlarına yaxınlaşdıracaq. Bu 5 illik proqramda Ukraynanın izlədiyi digər məqsədlərdən biri də gənc nəsldə Rusiyaya nifrət hissini gücləndirməkdir. Patruşev sonda deyib: Ukraynanın milli təhlükəsizlik strategiyası bu ölkənin cənub-şərqində olan gərginlikləri artıracaq.
Ukraynada gedən toqquşmalar indiyə kimi 6500 nəfərin ölümünə yol açıb. 16 min nəfərin yaralandığı, 5 milyon nəfərin isə humanitar yardımlara möhtac olduğu bildirilir.
Teqlər