Donbasda əməliyyatlar başlayandan 2800 nəfər əsirlikdən azad edilib
Avq 14, 2015 05:20 Asia/Baku
-
Donbasda əməliyyatlar başlayandan 2800 nəfər əsirlikdən azad edilib
Ukrayna Təhlükəsizlik Xidməti Donbasda əməliyyatlar başlayandan bu vaxtadək 2852 nəfər iəsirlikdən azad edib. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müşaviri Yuri Tndit bildirib.
O bir gün əvvəl əsirlərin “altının altıya” sxemi üzrə mübadiləsinin baş verdiyini təsdiqləyib: “Biz döyüşlərdə iştirak etməyən, lakin Ukraynanın bütövlüyünə qarşı cinayətlərə yol verən altı nəfəri qarşı tərəfə verdik. Əvəzində 3 hərbçi və 3 mülki şəxs azad edilib”, deyə UTX nümayəndəsi bildirib.Onun sözlərinə görə, hazırda əsirlikdə 172 şəxs qalmaqdadır.
Son iki ay ərzində əsirlikdən 30 ukraynalı azad edilib.
Teqlər