ABŞ-ın Ferqyuson şəhərində fövqəladə vəziyyət ləğv edilib
Avq 15, 2015 08:07 Asia/Baku
ABŞ-ın Missuri ştatında yerləşən Ferqyuson şəhərində elan olunmuş fövqəladə vəziyyət ləğv edilib.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Ferqyusonun daxil olduğu Sent Luis dairəsinin hökumət nümayəndələri məlumat veriblər.Ferqyusonda fövqəladə vəziyyət avqustun 10-da elan edilmişdi.
Qeyd edək ki, Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilmiş, polislə etirazçılar arasında toqquşmalar baş vermişdi.