Rusiya Ukrayna ilə sərhəd məntəqəyə 50 min qoşun yerləşdirdi
https://azeri.sahartv.ir/news/dünya-i196854-rusiya_ukrayna_ilə_sərhəd_məntəqəyə_50_min_qoşun_yerləşdirdi
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Rusiyanın bu ölkə ilə sərhəd məntəqədə 50 minlik qonşu yerləşdirdiyini iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2015 11:59 Asia/Baku
  • Rusiya Ukrayna ilə sərhəd məntəqəyə 50 min qoşun yerləşdirdi
    Rusiya Ukrayna ilə sərhəd məntəqəyə 50 min qoşun yerləşdirdi

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Rusiyanın bu ölkə ilə sərhəd məntəqədə 50 minlik qonşu yerləşdirdiyini iddia edib.

İnter Faks xəbər agentliyinin verdiyi məlumata görə, Ukrayna ordusu Baş Qərargahı sözçüsü Vadislav Seleznyov çərşənbə axşamı Kiyevdə bir mətbuat konfransında deyib: Rusiya Ukrayna ilə sərhəd məntəqədə 50 mindən çox qüvvə yerləşdirib.
Seleznyov Rusiyanın bu hərəkətini Minsk anlaşmasının icrası üzrə Ukraynaya təzyiq vasitəsi kimi dəyərləndirib.
Seleznyov əlavə edib: Rusiya iki ölkə sərhədlərində hərb qüvvə yerləşdirməklə, Ukrayna tərəfinə təzyiq göstərməyə çalışır. Çünki, Kiyev Ukraynanın şərqində cərəyan edən böhranla bağlı Belarusun paytaxtı Minskdə aparılan danışıqlarda vahid və dəyişilməz mövqeyə malikdir.
Seleznyov daha sonra deyib: Donetsk və Luqansk vilayətləri sülh istəmirlər. Onlar Ukraynanın şərqində gərginliyin davam etməsini istəyirlər.