Avq 19, 2015 10:17 Asia/Baku
  • ABŞ və NATO-nun Avropada ən böyük müştərək manevri
    ABŞ və NATO-nun Avropada ən böyük müştərək manevri

Amerika Avropada öz müttəfiqləri ilə ən böyük müştərək manevrindən xəbər verib.

Frans-Press-in məlumatına görə, Amerika ordusu çərşənbə axşamı günü bir bəyanatda bildirib ki, Avropada öz müttəfiqləri ilə ən böyük müştərək manevrə başlayıbdır.
Bu bəyanatda deyilir ki, NATO-ya üzv on bir ölkənin təqribən beş min hərbi qüvvəsi dörd həftə ərzində Almaniya, İtaliya, Bolqarıstan və Rumıniya sərhədlərində hərbi manaver keçirəcəklər.
Almaniyanın cənubundakı Qrafnover məntəqəsində yerləşmiş ABŞ ordusunun bəyanatına əsasən, “Sürətli reaksiya-15” manevri soyuq müharibənin bitməsindən sonra Amerika ilə müttəfiq ölkələrin ən böyük hava-desant maneridir.
Bəyanatda sonra deyilir ki, Amerikanın müttəfiqləri ilə birgə manevr müttəfiq ölkələrin hazırlığını artırmaq və onların ehtimal olunan təhdidlər ilə sürətli mübarizə qüdrətini göstərmək və Avropanın təhlükəsizliyinin yaradılması məqsədilə planlaşdırılıbdır.
ABŞ ordusunun bəyanatında Ukraynanın dövlət qüvvələri ilə silahlı müxaliflər arasında ötən ilin aprelindən başlanaraq, təqribən yeddi min nəfərin həyatına son qoymuş Ukrayna böhranına işarə edilməyibdir.

Teqlər