Avq 20, 2015 08:45 Asia/Baku
  • Sent-Luisdə polis məmurları qaradərili şəxsi öldürüblər
    Sent-Luisdə polis məmurları qaradərili şəxsi öldürüblər

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polis məmurları tapança ilə qaradərili şəxsi öldürüblər.

Səhər telekanalının xarici medialara istinadla verdiyi xəbərə görə, bu barədə “St. Louis Post Dispatch” nəşri məlumat yayıb.

Məlumata görə, insident Uolton Avenyu-da yerləşən evlərin birində baş verib. Belə ki, polis məmurları order əsasında baxış keçirmək üçün ünvana gəldikdə, evi tərk edən iki şəxsdən biri tapançanı polislərə tərəf tuşlayıb. Xidməti silahdan istifadə etmək məcburiyyətində qalan polislər silahlı şəxsi güllələyiblər, ikinci şəxs isə qaçmağa müvəffəq olub.


Öldürülən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Onun təxminən 20 yaşlı qaradərili gənc olduğu bildirilir.

Məlumata görə, silahlı şəxsə iki polis tərəfindən atəş açılıb.

Hadisə yerinə 100-dən çox sakin toplaşıb. Etirazçılar polis əməkdaşlarına su qabları atıb, qarşıdurma zamanı azı 3 nəfər saxlanılıb.

Teqlər