Məscid imamcamaatı insanları İslama yox, İŞİD-ə dəvət edirmiş
Avq 20, 2015 12:53 Asia/Baku
-
Məscid imamcamaatı insanları İslama yox, İŞİD-ə dəvət edirmiş
Rusiya medialarının verdikləri məlumata görə, Adıqeyin 3,4 mindən çox sakini Rusiya Federasiyası İctimai Palatasına müraciət edərək, insanları İŞİD-ə qoşulmağa təşviq edən məscid imamcamaatı barədə yoxlama aparmasını istəyib.
Məlum olub ki, moizələr zamanı məscid imamcamaatı Yusuf Şeudcen adıqeyliləri Rusiyadan dırnaqarası əsl İslamın olduğu yerə köçməyə çağırıb. Nəticədə 7 ailə öz azyaşlı uşaqları ilə birlikdə İŞİD-çilərə qoşulmaq üçün gedib.Artıq hökumət bununla bağlı işlərə başlayıb. Rusiya Federasiyası İctimai Palatasının ictimai diplomatiyanın işkişafı və xaricdə həmvətənlərinin dəstəyi üzrə komissiyanın sədri Yelena Sutormina camaatın müraciətini Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikova ünvanlayaraq, onun imamcamaatı işini xüsusi nəzarətə götürməsini istəyib.