Ukraynanın prezidenti konstitusiyada islahatın edilməsini istəyib
https://azeri.sahartv.ir/news/dünya-i197017-ukraynanın_prezidenti_konstitusiyada_islahatın_edilməsini_istəyib
Ukraynanın dövlət başçısı bu ölkə konstitusiyasında müəyyən islahat və dəyişikliklərin edilməsində siyasi həmrəyliyin yaradılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2015 06:23 Asia/Baku
  • Petro Proşşenko
    Petro Proşşenko

Ukraynanın dövlət başçısı bu ölkə konstitusiyasında müəyyən islahat və dəyişikliklərin edilməsində siyasi həmrəyliyin yaradılmasını istəyib.

Röytersin məlumatına görə prezident Petro Proşşenko bazar günü Ukraynanın istiqlaliyyəti günü münasibəti ilə keçirilən mərasimdə ölkənin bütün siyasi qruplaşmalarından istəyib ki, Ukrayna konstitusiyasında müəyyən islahatların aparılmasına dair onun irəli sürdüyü layihəsini himayə etsinlər. Çünki bu layihə Ukraynanın şərqindəki separatçılarla mübarizəyə eləcə də rus təcavüzünü qırmaq istiqamətindədir.
Rusiyanı Ukraynanın şərqində gedən qarşıdurmaların əsas amili sayan Proşşenko xatırladıb: Parlament koalisiyasında bir-birlərinin kənarında olan siyasi qüvvələr Ukraynanın xeyrinə olaraq öz ixtilaflarını kənara qoysunlar.
Konstitusiyada islahatların aparılması və müəyyən dəyişikliklərin edilməsinə dair irəli sürülən layihə avqustun 31-də Ukrayna parlamentində səsə qoyulacaq.