Ukraynanın şərqində gedən qarşıdurmalar şiddətlənib
https://azeri.sahartv.ir/news/dünya-i197138-ukraynanın_şərqində_gedən_qarşıdurmalar_şiddətlənib
Beynəlxalq müşahidəçilər Ukraynanın şərqində gedən qarşıdurmaların şiddətlənməsindən xəbər verirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2015 05:03 Asia/Baku
  • Ukraynanın şərqində gedən qarşıdurmalar şiddətlənib
    Ukraynanın şərqində gedən qarşıdurmalar şiddətlənib

Beynəlxalq müşahidəçilər Ukraynanın şərqində gedən qarşıdurmaların şiddətlənməsindən xəbər verirlər.

İTAR TAS-ın verdiyi məlumata əsasən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri bir bəyanatda qeyd ediblər: Donetsk hava limanında Ukrayna hərbçiləri ilə müxalif qüvvələr arasında gedən qarşıdurma daha da şiddətlənib.
Bəyanatda qeyd olunur: Donetskin şimal şərqində Makioka şəhərində Rusiyanın humanitar yardımlarını daşıyan 67-dən ibarət bir karvanı müşahidə ediblər. Daxil olan məlumata əsasən Lohansk əhalisi Qırmızı Xaç Təşkilatının yaxınlığında aksiya keçirərək Ukraynanın şərqində Kıyevdə gedən qarşıdurmaların dayandırılmasını istəyirlər. 2014-15 aprel tarixində Ukraynanın şərqindəki qarşıdurmalara bu məntəqədə dövlətin anti-terror əməliyyatlı ilə başlandı.
Qeyd edək ki, bu günə kimi Ukraynanın şərqində gedən qarşıdurmalar 6 min 500 nəfərdən çox insanın ölümünə səbəb olub.