Beynəlxalq təşkilatlar Amerikadan digər ölkələrə köçürülsünlər
Avq 30, 2015 10:46 Asia/Baku
-
Beynəlxalq təşkilatlar Amerikadan digər ölkələrə köçürülsünlər
Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komissiyasının birinci sədr müavini Vaşinqtonun digər ölkələrin rəsmiləri barədəki sanksiyalarına toxunaraq, beynəlxalq təşkilatların Amerikadan digər ölkələrə köçürülmələrini istəyib.
Vladimir Cabbarov TASS ilə müsahibədə deyib: Amerikanın Rusiya Federasiya Şurasının sədrinə viza verməkdən çəkinməsi və Rusiya hökumətinin üçüncü rəsmisi barədəki rəftarına cavabda bir hərəkət kimi beynəlxalq təşkilatların Amerikadan digər ölkələrə köçürülməsi məsələsi gündəmə gətirilməlidir.Məhdudiyyətli vizaya görə, Nyu-Yorkda dünya parlamentləri sədrlərinin iclasında iştirak edə bilməyən Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bu səbəbdən özünün və Rusiya heyətinin Amerikaya səfərini ləğv edib.
Vladimir Cabbarov deyib: Beynəlxalq iclasların təşkilatçıları olan ölkələr heyətlərin təqdim olunmuş bütün üzvləri üçün məhdudiyyətsiz vizalar verməyə vəzifəli olmalıdırlar.