Misirdə müxbirlərin həbsi hökmünə reaksiya
Avq 30, 2015 15:03 Asia/Baku
Misirdə Əlcəzirə telekanalının üç müxbiri üçün həbs hökmünün çıxarılması BMT baş katibinin tənqidinə tuş gəlib.
Sputnik xəbər agentliyinin məlumatına görə, Ban Ki Mun şənbə günü bir bəyanat yayaraq, bu üç müxbir üçün həbs hökmünün çıxarılmasından nigaranlıq edib. O, Misirdə söz azadlığına hörmət edilməsini istəyib.BMT baş katibindən əlavə, bəzi ölkə və təşkilatlar da bu hökmə etiraz ediblər.
Misirdə bir məhkəmə şənbə günü Əlcəzirə telekanalının ingilis müxbiri Bahər Muhəmməd, kanadalı müxbirləri Muhəmməd Fəhmi və Piter Geşeti Misirin kənarlaşdırılmış prezidenti Muhəmməd Mursi və Müsəlman Qardaşları hərəkatını himayə sahəsində yalan məlumatlar yaymaq ittihamı ilə müqəssir sayıb və həbsə məhkum edibdir.