Tacikistan toqquşmalarında 17 nəfər həlak olub
Sen 05, 2015 12:20 Asia/Baku
Rəsmilər baş verənlərdə vəzifəsindən azad edilimiş nazir müavini general Aduhalim Nazarzodanı ittiham edirlər. Onlar deyirlər ki, general “terrorçu qrupa rəhbərlik edib”
Tacikistanın Daxili İşlər Nazirliyi bildirib ki, paytaxt Düşənbəyə bitişik Vəhdət qəsəbəsindəki polis idarəsinə və nazirliyin binasına edilən hücumda 8 polis nəfəri öldürülüb.Rəsmilər baş verənlərdə vəzifəsindən azad edilimiş nazir müavini general Aduhalim Nazarzodanı ittiham edirlər. Onlar deyirlər ki, general “terrorçu qrupa rəhbərlik edib”.
Düşənbədəki ABŞ səfirliyi bağlanıb və xəbərdarlıq edib ki, bu hücumlar daha böyük basqınların başlanğıcı ola bilər.
Cümə günü dövlət xəbər agentliyinin yaydığı məlumatda deyilir ki, “mütəşəkkil cinayətkar qruplaşma” Vəhdətin daxili işlər departamentinə və Düşənbədəki Daxili İşlər Nazirliyinin binasına silahlı basqın edib.
Bəyanatda bildirilir ki, hücum edənlər çox sayda silah və sursatı özləri ilə apara biliblər.
Bu da xəbər verilir ki, general Nazarzodanın rəhbərlik etdiyi qrup Romit dağları ərazisinə çəkilib.
Hakimiyyət orqanları generalı və onun dəstəsini axtardıqlarını bildirir.
General Nazarzoda keçmiş Birləşmiş Tacik Müxalifətinin (BTM) üzvüdür.BTM 1990-cı illərin vətəndaş müharibəsi zamanı hökumətə qarşı vuruşub, lakin 1997-ci ildə qrupun iştirakılə barışıq hökuməti yaradılıb.
Müxbirlər bildirirlər ki, son toqquşmalar hazırda bu barışığın ciddi sınağa çəkildiyini, BTM və avtoritar prezident Emomali Raxmonun hökuməti arasında münaqişənin şiddətləndiyini göstərir.