Lavrov: Suriya və İraqa hərbi kömək edirik
Sen 10, 2015 19:28 Asia/Baku
Rusiya xarici işlər naziri deyib: Rusiya təyyarələri terrorizmlə mübarizə üçün humanitar yardımlar və hərbi təchizatları Suriya və İraqa nəql edirlər.
Səhər Beynəlxalq Televiziyasının əl-Ərəbiyyə telekanalına istinadla verdiyi məlumata görə, Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında əlavə edib: Lazım olduğu halda Suriyada digər addımları da atacağıq.Rus nazirin sözlərinə görə, beynəlxalq koalisiya Suriyada İŞİD-in mövqelərinə hava zərbələrinin endirilməsini bu ölkə hökuməti ilə koordinasiya etməlidir.
"Rusiya ordusunun bir qrup qrvvəsi illərdir ki, Suriyadadır və biz Liviya ssenarisinin Suriyada təkrarlanmasının qarşısını almaq üçün bu ölkəyə köməyimizi davam etdirəcəyik" deyə Lavrov əlavə edib.
ABŞ dövlət katibi Con Kerri çərşənbə günü rus həmkarı Sergey Lavrovla telefon söhbətində xəbərdarlıq edib ki, Suriyada Rusiya hərbi qüvvələrinin artması bu ərəb ölkəsində neçə illik qarşıdurmaları şiddətləndirə bilər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü də çərşənbə günü deyib: Bu ölkə Suriya ilə hərbi və texniki əməkdaşlığını heç vaxt gizlətməyib və öz təchizatlarını suriyalılara verib.