Rusiya: İŞİD-ə qarşı Amerikan koalisiyası effektli olmayıb
https://azeri.sahartv.ir/news/dünya-i197677-rusiya_İŞİd_ə_qarşı_amerikan_koalisiyası_effektli_olmayıb
Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası bu terror qruplaşmasına qarşı mübarizədə hansısa uğur əldə edə bilməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2015 05:41 Asia/Baku
  • Rusiya: İŞİD-ə qarşı Amerikan koalisiyası effektli olmayıb
    Rusiya: İŞİD-ə qarşı Amerikan koalisiyası effektli olmayıb

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası bu terror qruplaşmasına qarşı mübarizədə hansısa uğur əldə edə bilməyib.

İRNA-nın məlumatına görə, Rusiya XİN çərşənbə günü yaydığı bəyanatda həmçinin bildirib ki, İŞİD-ə qarşı Amerikan koalisiyası Suriyada mərkəzi hökumət ilə hansısa ahəngdarlıq yaratmadan, istədiyi kimi rəftar edir.
Bəyanatda deyilir: ABŞ rəsmiləri bir tərəfdən terrorizm ilə mübarizədə Dəməşq ilə əməkdaşlığa yox deyir, digər tərəfdən isə ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının üzvləri Suriyadakı terrorçu qruplaşmaları maliyyələşdirməklə məşğuldur.
Rusiya Xarici İşlər Nazirliyi ötən bir il ərzində 20-dən çox ölkənin ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasına qoşulduğuna işarə edərək, bildirib: Təəssüflər olsun ki, bu koalisiyanın əldə etdiyi uğurlar son dərəcə azdır və koalisiyanın həyata keçirdiyi hücumlarda İŞİD- xeyli az zərər görür.
Bəyanatın sonunda deyilir: ABŞ-ın başçılıq etdiyi koalisiyanın hücumları daha çox İraq və Suriyada mülkilərin həlak olması ilə nəticələnir. Buna görə də, ifratçı və terrorçu qruplaşmalara qoşulmaq istəyənlərin sayı durmadan artır.