İran və Rusiya xarici işlər nazirlərinin müavinləri məsləhətləşmə aparıblar
https://azeri.sahartv.ir/news/dünya-i197818-İran_və_rusiya_xarici_işlər_nazirlərinin_müavinləri_məsləhətləşmə_aparıblar
Tehran və Moskva Suriyada hərbi metodların yararsızlığı, vətəndaşların iştirakına söykənən siyasi həll yoluna diqqətin yetirilməsi və terorizmlə ciddi mübarizəni vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2015 07:00 Asia/Baku
  • İran və Rusiya xarici işlər nazirlərinin müavinləri məsləhətləşmə aparıblar
    İran və Rusiya xarici işlər nazirlərinin müavinləri məsləhətləşmə aparıblar

Tehran və Moskva Suriyada hərbi metodların yararsızlığı, vətəndaşların iştirakına söykənən siyasi həll yoluna diqqətin yetirilməsi və terorizmlə ciddi mübarizəni vurğulayıblar.

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahianın Rusiya xarici işlər nazirinin müavini və bu ölkə prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Mixail Boqdanovla görüşündə tərəflər Suriya böhranından çıxış üçün mövcud siyasi yollar barəsində fikir mübadiləsi aparıblar.
Əmir Abdullahian həmçinin Rusiya rəsmilərinin Suriya prezidenti Bəşşar Əsədlə baş tutan son məsləhətləşmələrini diqqət mərkəzində saxlayıb və Suriya böhranının siyasi həll yolunda Əsədin konstruktiv ideyalarını alqışalayiq adlandırıb.
İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Yəməndə gücün tətbiq olunmasını pisləyib və bu ölkədə hərbi vasitələrdən istifadənin güclənməsini Yəmən və bölgədə terrorizmin güclənməsi və onun dünyaya sirayət etməsi ilə nəticələnəcəyini bildiriblər.
Əmir Abdullahian və Boqdanov Yəməndə insan mühasirəsinin ləğvinin zəruriliyini vurğulayaraq müharibənin dayandırılması, insan faciəsinin qarşısının alınması və siyasi prosesin gücləndirilməsi üzrə BMT-nin aktiv rol oynaması ilə yəmənlilərin siyasi müzakirələrinin yenidən başlanmasını istəyiblər.
İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Fələstinin son proseslərini də diqqət mərkəzində saxlayıblar.
Əmir Abdullahian Təl-Əvivin əl-Əqsa məscidinə qarşı son hərəkətlərini pisləyərək bildirib: Qüdsdə islam müqəddəslərinə təcavüz etdiyinə görə sionist rejimi ağır mənfi nəticələr gözləyəcəkdir.
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Rusiya rəsmiləri ilə regional və beynəlxalq proseslər barəsində görüşərək danışıqlar aparmaq məqsədilə bazar ertəsi günü bu ölkə paytaxtı Moskvaya daxil olub.