Sen 23, 2015 09:46 Asia/Baku
  • Zərif Nyu-Yorkda: İran xalqı əsaslı dəyişiklikləri hiss etməlidir
    Zərif Nyu-Yorkda: İran xalqı əsaslı dəyişiklikləri hiss etməlidir

İranın xarici işlər naziri Nyu-Yorka daxil olarkən altılıq ölkələrinə üzünü tutaraq, deyib ki, İran xalqı nüvə razılaşmasının əsaslarının gücləndirilməsi və rəftar tərzində əsaslı dəyişikliyi hiss etməlidir.

BMT Baş Assambleyasının 70-ci illik sessiyasında iştirak və bu iclasın kənarında öz həmkarları ilə görüşmək məqsədilə çərşənbə axşamı günü axşam Nyu-Yorka daxil olmuş Məhəmməd Cavad Zərif vurğulayıb: 2231 saylı qətnamədə qeyd olunan məsələ budur ki, rəftar tərzində əsaslı dəyişiklik baş verib və İran xalqı bu dəyişikliyi müşhadiə etmək istəyir.
İranın xarici işlər naziri deyib: Təəssüflər olsun ki, qərb ölkərlərinin rəftarları, ikili standartlardan istifadə və İran xalqının inkişafı yolunda məntiqsiz manelərin yaradılması nəticəsində İranda bir çox etimadsızlıqlar mövcuddur.
Zərif vurğulayıb ki, altılıq ölkələri və dünya ictimaiyyətinin digər üzvləri, xüsusən İrana qarşı ədalətsiz sanksiyalar tətbiq etmiş ölkələr hazırda gələcəyə fərqli şəkildə baxdıqlarını göstərməlidirlər.
İranın xarici işlər naziri əlavə edib: İran göstərdi ki, bu kimi əlaqələri qurmağa hazırdır və həmçinin göstərdi ki, təzyiq və qorxudulma qarşısında dayanacaqdır və şəriklərimiz yaranmış fürstədən razılaşma əsasında istifadə edərək, irəliyə doğru hərəkət etməlidirlər.

Teqlər