Amano: İranda nümunə heç bir nöqsan olmadan götürüldü
Sen 25, 2015 14:18 Asia/Baku
-
İranda nümunə heç bir nöqsan olmadan götürüldü
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bildirib: Parçin obyektində nümunə heç bir nöqsan olmadan götürülüb.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru iranlı mütəxəssislər tərəfindən nümunənin götürülməsini İranda keçmişdə olduğu kimi gizli nüvə fəaliyyətinin ehtimalı barədə araşdırma iddiası ilə məchul vəziyyətlə üzləşdirən tənqidçilərin fikirlərini rədd edib və deyib: Qənaətimcə, bu prosesdə nöqsan yoxdur.Yukiya Amano İran tərəfindən Parçin hərbi obyektindən nümunənin götürülməsinin təsdiqlənməsindən sonra tənqidçilərin bu iddiasını rədd edib.
AEBA işçiləri adətən şübhəli mərkəzlərdə yerdən və havadan təchizatlar quraşdıraraq nümunələrin götürülməsi ilə gizli nüvə fəaliyyətlərinə nəzarət edirlər.
Amano iranlıların agentliyin tam nəzarətində olduğuna toxunaraq deyib: Bu nümunələrin doğru olmasından arxayındır.
Amano agentliyin laboratoriyalarında aparılan araşdırmalar barədə açıqlama verməkdən imtina edərək deyib: Bu nümunələrin doğru olduğuna tam inanıram.
Bazar günü İran prezidenti və digər rəsmiləri ilə görüşən Amano deyib: Onlar bu araşdırmanın sona çatmasında maraqlıdırlar. Bu prosesin sürətlə həyata keçirilməsini istəyirlər.
Amano yanlış hesablamaları rədd edib və deyib: Modern kameralar və GPS sistemi ilə tam arxayınam ki, nümunənin götürülməsi tam şəkildə düzgün olub.
Amano Parçin obyektində nümunənin götürüldüyü zaman agentlik müfəttişlərinin olub-olmaması barədə sualı cavablandırmaqdan imtina edib.
İran bildirir ki, Parçin obyektində heç bir agentlik müfəttişi olmayıb.
AEBA baş direktoru deyib: Bu səfər zamanı o və müavinləri iddia olunan sınaqlarla əlaqələndirməsi mümkün olan təchizatı görməyiblər.