Suriyada 6 ədəd Suxoy qırıcı-bombardmançı təyyarəsi yerləşdirilib
Sen 30, 2015 09:51 Asia/Baku
-
Suriyada 6 ədəd Suxoy qırıcı-bombardmançı təyyarəsi yerləşdirilib
Rusiya Suriyada 6 ədəd Suxoy qırıcı-bombardmançı təyyarəsi yerləşdirib.
IRNA-nın Sputnik-ə istinadlı məlumatına görə, rus medialar Suriyada 6 ədəd Suxoy-34 qırıcı-bombardmançı təyyarəsinin yerləşdirilməsindən xəbər veriblər; beləliklə, Rusiyanın Suriyadakı qırıcılarının sayı 34-ə çatıb.Bu məlumata əsasən, Rusiyanın 6 ədəd Suxoy-34 qırıcı-bombardmançı təyyarəsi Suriyanın Laziqiyyə şəhəri ətrafındakı hava bazasında yerə enib.
Bu mənbələr radar informasiyalarna əsasən bildiriblər ki, 6 ədəd Suxoy-34 qırıcı-bombardmançı təyyarəsi Rusiya Hava Qüvvələrinin bir ədəd Tupolev-154 təyyarəsi ilə müşayiət olunubdur.
Suriyanın Laziqiyyə şəhəri ətrafındakı hava bazasında Rusiya hava bazasının yaradılması işi İŞİD daxil olmaqla terror qrupları ilə mübarizə istiqamətində Suriya dövlətinə yardım məqsədilə davam edir.
Teqlər