Lavrov ABŞ-ın Suriyadakı hücumlarını tənqid etdi
Okt 02, 2015 10:42 Asia/Baku
Rusiya xarici işlər naziri ABŞ-ın Suriyaya hücumlarını tənqid edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının sessiyasının kənarında keçirdiyi mətbuat konfransında Amerikanın Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hava hücumları üçün təqdim etdiyi hüquqi əsası yanlış adlandırıb.Lavrov əlavə edib: Amerikanın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın üzvləri BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə haqqına işarə və iddia edirlər ki, hava hücumlarında hədəfə alınan şəxslər onların ölkələrində terror aktları törətmək niyyətində olublar. Bununla belə öz iddialarını sübut etmək üçün heç bir faktları yoxdur.
Lavrov deyib: Bu məsələdən yayınmaq olmaz ki, Amerikanın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın Suriyadakı fəaliyyətlərinin qanuni və hüquqi əsası doğrudan da yanlışdır.
Rusiya xarici işlər naziri bildirib: Rusiya bu koalisiyaya qoşula bilməz. Çünki bu koalisiya BMT Təhlükəsizlik Şurasının missiyası və yaxud Suriya hökumətinin müraciəti əsasında təşkil olunmayıb.